Buriç Ermənistanla Azərbaycanı təmkinli olmağa çağırdı

Buriç Ermənistanla Azərbaycanı təmkinli olmağa çağırdı

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Buriç bununla bağlı “X” hesabında paylaşım edib.

“Ermənistan-Azərbaycan sərhədində atışmaların olması barədə məlumatlardan narahatıq. Dialoq davamlı sülhə nail olmaq üçün yeganə yoldur”, – deyə Buriç qeyd edib.