Dəhşət! Qubada kişi meyiti tapıldı – Boğazı kəsilib… – TƏFƏRRÜATLAR AÇIQLANDI

Dəhşət! Qubada kişi meyiti tapıldı – Boğazı kəsilib… – TƏFƏRRÜATLAR AÇIQLANDI

Quba rayonunun Çartəpə kəndində evdə meyiti  tapılan Nəcəfov Hikmətlə bağlı  yeni məlumatlar bəlli olub.

NOCOMMENT.az – ın Şimal bürosunun məlumatına görə, bu gün boğazı kəsilmiş şəkildə meyiti tapılan  Hikmət G.Nəcəfovanın həyat yoldaşıdır. Onun intihar etdiyi məlum olub.

Xatırladaq ki, ötən gün qohumlar arasında torpaq üstündə yaranan münaqişə davaya çevrilmişdi. Çartəpə kənd sakini 34 yaşlı Kamran Rüstəmova yaşadığı evdə qohumu 43 yaşlı G.Nəcəfova balta ilə xəsarətlər yetirmişdi və saxlanılmışdı

K. Rüstəmov isə  Quba rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

***13:38

Qubada kişi evində ölü tapılıb.

NOCOMMENT.az – ın Şimal bürosunun məlumatına görə, fakt rayonunun Çartəpə kəndində qeydə alınıb.

Məlumata görə, meyiti tapılan şəxs Nəcəfov Hikmət Seyidbala oğludur. O, boğazı kəsilmiş formada tapılıb.