Ermənistanda 2,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri İcevan şəhərindən 20 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentrində intensivlik 2-3 bal təşkil edib.
Yeraltı təkanlar Tavuş vilayətində, o cümlədən İcevan və Noyemberyan şəhərlərində, həmçinin Koxb, Açacur və Voskepar kəndlərində hiss olunub. Həmin yaşayış məntəqələrində təkanların intensivliyi 2-3 bal olub./Unikal/












