Gədəbəydə ağır qəza: xəsarət alanlar var

Gədəbəydə ağır qəza: xəsarət alanlar var

Gədəbəydə yol qəzası olub.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Slaviyanka kəndində baş verib.

Hərəkətədə olan “VAZ-2107” maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Qəza zamanı 1957-ci il təvəllüdlü Qriqoriy Zayısev və 1993-cü il təvəllüdlü Natiq Əlsəov xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır