Gəncədə 40 yaşlı kişini bıçaqlayan şəxs tutulub.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, R. Vəliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 31 yaşlı Məhəmməd Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
***19:43
Gəncədə 40 yaşlı kişi bıçaqlayan şəxsin axtarışları davam etdirilir.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hazırda hadisəni törətməkdə şübhəli şəxsin müəyyən olunması istiqamətində polis əməkdaşları müvafiq tədbirlər həyata keçirdir.
***
Gəncədə 40 yaşlı kişi bıçaqlanıb.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Bayan küçəsində baş verib.
Şəhər sakini 1985-ci il təvəllüdlü Rövşən Vəliyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb.
Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. 40 kişini hansı şəraitdə bıçaqlanması məlum deyil.
Fakt araşdırılır.












