Gəncədə 41 yaşlı qadın körpüdən yıxıldı

Gəncədə 41 yaşlı qadın körpüdən yıxıldı

Gəncədə bədbəxt hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində, Gəncə çayı üzərində yerləşən körpüdə qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Şəbnəm Rzayeva körpüdən yıxılıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Yaralı qadın xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.
Qadının hansı şəraitdə körpüdən yıxıldığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır./Unikal/