Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə qəza olub.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki hərəkətdə olan iki avtomobil toqquşub. Nəticədə 1994-cü il təvəllüdlü Çinarə Hüseynova və Habil Mustafayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.