Gəncədə Heydər Əliyev prospektində yerləşən 3 mərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
***
23:12
Gəncədə yanğın hadisəsi baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, yanğın Heydər Əliyev prospektində yerləşən 3 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Belə ki, sözügedən binada anidən yanğın başlayıb.
Əraziyə dərhal FHN-nin 10-yaxın yanğınsöndürən avtomobili və 50-dən çox canlı qüvvəsi, həmçinin təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Hazırda binanın dam örtüyünün söndürülməsi istiqamətində işlər davam etdirilir, yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınır.












