Gəncədə yeniyetmə bıçaqlandı – Saxlanılan var

Gəncədə yeniyetmə bıçaqlandı – Saxlanılan var

Gəncədə 15 yaşlı yeniyetməni bıçaqlayan şəxs tutulub.

NOCOMMENT.AZ -ın Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z. Əhmədzadəyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən A. Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırmalar davam etdirilir.

***22.12.2025    15:13

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.AZ -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Əttarlar küçəsində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Zakir Əhmədzadə bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb.

Dərhal yaralıya yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Yeniyetmənin hansı şəraitdə bıçaqlanması məlum deyil.

Fakt araşdırılır.