Goranboyda dəm qazı faciəsi

Goranboyda dəm qazı faciəsi

Goranboyda zəhərlənmə hadisəsi baş verib.

NOCOMMENT.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1995-ci il təvəllüdlü G.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. Qadın xəstəxanaya çatırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.