Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo dünya çempionatlarının tarixində altı müxtəlif turnirdə fərqlənməyi bacaran ilk futbolçu olub.
NOCOMMENT.az xəbər verir ki, Ronaldo dünya çempionatının qrup mərhələsinin ikinci turunda Özbəkistana qarşı keçirilən matçda iki qol vurub. Hazırda birinci hissə bitib. Portuqaliya 3:0 hesabı ilə öndədir.
Dünya çempionatının qrup mərhələsinin birinci turunda Portuqaliya DR Konqo ilə heç-heçə etmişdi. Görüş 1:1 hesabı ilə başa çatmışdı. Matçın altıncı dəqiqəsində portuqaliyalı Joao Neveş hesabı açmışdı. Birinci hissənin lap sonunda DR Konqo oyunçusu Yoan Vissa dəqiq zərbə ilə fərqlənmişdi.
Ronaldo 41 yaş 132 günlüyündə start heyətində meydana çıxıb ki, bu da dünya çempionatları tarixində sahə oyunçuları üçün yaş rekordu olub. O, həmçinin altıncı dünya çempionatında iştirak edərək Lionel Messinin nailiyyətini təkrarlayıb. Bununla belə, Ronaldo ilk matçda qol vura bilməmişdi, Messi isə Argentina millisinin DÇ-2026-dakı ilk oyununda het-trik etmişdi. Publika.az












