Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

SSRİ Xalq artisti, tanınmış aktyor Mixail Nojkin vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

89 yaşında dünyasını dəyişən sənətçinin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Mixail Nojkin kinoda debütünü 1967-ci ildə "İki saat əvvəl" musiqili filmi ilə edib. Daha sonra o, "Rezidentin səhvi", "Göl kənarında", "Azadlıq: Berlin uğrunda döyüş", "Ümid", "Əzablar içində gəziş" kimi məşhur layihələrdə rol alıb.