TƏCİLİ! Rusiya açıqladı - Fövqəladə vəziyyət ELAN EDİLDİ

TƏCİLİ! Rusiya açıqladı - Fövqəladə vəziyyət ELAN EDİLDİ

Krımda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Sevastopol şəhərində xüsusi rejim tətbiq olunub. İyunun 22-dən etibarən şəhər rəhbərliyi tərəfindən bir sıra sərt məhdudiyyətlər qüvvəyə minib.

NOCOMMENT.az xəbər verir ki, Sevastopol qubernatoru Mixail Razvojayevin qərarına əsasən, şəhərdə kütləvi tədbirlər və bayramlar qadağan edilib. İctimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılaraq saat 05:30-dan 21:00-a qədər müəyyən edilib, avtomobil bərələri isə tamamilə dayandırılıb. Bundan başqa, şəhərin küçə işıqlandırılması söndürülür, ticarət mərkəzləri, supermarketlər və iaşə obyektləri saat 20:00-da bağlanır. Hava həyəcanı elan edildikdə isə nəqliyyat sistemində daha ciddi məhdudiyyətlərin tətbiq olunacağı istisna edilmir.

Qeyd edək ki, 2016-cı ildə bölgə rəhbərliyi tərəfindən verilən "çiçəklənən turizm mərkəzi" və "yüksək səviyyəli infrastruktur" vədləri ilə müqayisədə, hazırkı vəziyyət tamamilə fərqli mənzərə yaradır. Yarımadada yanacaq qıtlığı, fövqəladə təhlükəsizlik tədbirləri və davamlı məhdudiyyətlər bölgənin iqtisadi və sosial həyatını ciddi şəkildə iflic edib.

Əli Səfərli,

NOCOMMENT.az