20.12.2025-ci il tarixində saat 15:40 radələrində 2012-ci il təvəllüdlü azyaşlı (qadın) yaxınları tərəfindən Goranboy Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən həyat əlaməti müşahidə olunmayıb.
Bu barədə TƏBİB-dən NOCOMMENT.az -a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, həkimlər tərəfindən azyaşlının ölüm halı təsdiq olunub.
***15:44
Goranboyda 13 yaşlı qız dəm qazından zəhərlənib.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Məşədiqaralar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2012 ci il təvəllüdlü Nərminə Cəfərova yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib..
Hadisə yerinə prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.












