Göygöldə iki nəfər yol qəzasında xəsarət alıb.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə hadisə rayonun mərkəzində qeydə alınıb.1950-cı il təvəllüdlü N.Mirzəyev və daha bir qadın yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil vurub. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.












