Türkiyədə növbəti zəlzələ hadisəsi qeydə alınıb. Bu dəfə yeraltı təkanlar ölkənin Kahramanmaraş vilayətində baş verib.
NOCOMMENT.az xəbər verir ki, vilayətin Pazarcık rayonunda 4.4 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə "Haber Global" telekanalı məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar yerin təqribən 12 kilometr dərinliyində, yerli vaxtla saat 13:12-də meydana gəlib. Ətraf rayonlarda da hiss olunan təbii fəlakət nəticəsində hər hansı bir dağıntı və ya itki barədə rəsmi məlumat daxil olmayıb. Ərazidə vəziyyətin nəzarət altında olduğu bildirilir.
Sara,
NOCOMMENT.az












