Ermənistan Silahlı Qüvvələrinin hərbçisi Lori vilayətində təşkil olunan hərbi təlimlər zamanı ciddi xəsarət alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Nazirliyin bildirdiyinə görə, yaralı hərbçi dərhal əməliyyat olunub, lakin onun səhhəti ilə bağlı son vəziyyət barədə ətraflı məlumat verilməyib.
Bununla yanaşı, "Armlur" portalı yaralanan hərbçinin ayağını itirdiyini yazıb. Hadisənin təfərrüatları və hərbçinin aldığı xəsarətin konkret nədən qaynaqlandığı barədə araşdırmalar davam etdirilir.
Əli Səfərli,
NOCOMMENT.az












