Gürcüstanın Oni bələdiyyəsinin İri kəndi yaxınlığında yeraltı təkanlar qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, iyunun 22-də günün ikinci yarısında baş verən zəlzələnin maqnitudası 4,2 bal olub.
Qeyd edək ki, bəzi mənbələrdə təkanların 4,4 maqnitudalı olması barədə məlumatlar yayılsa da, rəsmi seysmik monitorinq mərkəzləri zəlzələnin gücünü 4,2 bal olaraq təsdiqləyib. Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Sara,
NOCOMMENT.az












