Ümid partiyasının sədrindən həbs xəbərinə REAKSİYA

Ümid partiyasının sədrindən həbs xəbərinə REAKSİYA

13:09

Hüquq-mühafizə orqanları Ümid Partiyasının mərkəzi qərargahında əməliyyat keçirib.

NOCOMMENT.azın məlumata görə, əməliyyat zamanı Elnur adlı şəxs partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilib. Adıçəkilən şəxsin Ümid sədrinin dostu və həmyerlisi olduğu iddia edilir.

Lakin Gununsesi.info-nun sorğusunu cavablandıran Ümid Partiyasının sədri İqbal Ağazadə əməliyyatın partiyanın ofisində keçirilmədiyini deyib:

“Bizim partiyanın qarşısında belə bir hadisə olub. Amma bunun partiyaya hər hansı aidiyyatı yoxdur. Mən maraqlandım, dedilər ki, axtarışda olan şəxs tutulub”.

 

***

Azərbaycan Ümid Partiyasının Təbliğat və İnformasiya şöbəsi isə  “gununsesi.info” saytında gedən “Ümid Partiyasında əməliyyat” başlıqlı yazıya “təəssüf” etdiyini bəyan edib.

Bildiririk ki, saytın rəhbəri Pərviz Həşimli ilə partiya sədrinin danışması və müfəssəl informasiya verilməsinə baxmayaraq, sensasiya xətrinə belə bir başlıq seçilib.

17.01.2026-ci ildə Ümid Partiyasının 150 m məsafəsində yerləşən “Şəkərbala” uşaq bağçasının qarşısında axtarışda olan şəxs polis işçiləri tərəfindən saxlanılıb. Xeyli polis işçisinin toplandığı yerə Ümid Partiyasının sədri yaxınlaşıb və hadisənin mahiyyətini soruşub.

Ona cavab olaraq bildirilib ki, axtarışda olan şəxslə bağlı tədbirdir.

Sədr polislərə uğurlar arzulayıb və qərargaha dönüb.

Ümid Partiyasının qərargahında, sədrin otağında, partiyaya aid ərazidə nə kimsə saxlanılıb, nə də axtarış aparılıb”.