İran Prezidenti və heyəti həlak olub

İran Prezidenti və heyəti həlak olub

İran Prezidenti İbrahim Rəisi helikopter qəzasında həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, bu haqda İranın Mehr Agentliyi məlumat yayıb.

***

Helikopterdə eyni zamanda xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub. Agentlik onların hər birinin vəfat etdiyini yazıb.

***

Agentlikdə dövlət başçısı və məmurların üzərində qara lent olan fotosu da paylaşılıb./qafqazinfo