11:32
9 dekabr 2025-ci il tarixində Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri – 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə NOCOMMENT.az -a FHN-dən bildirilib.
Məlumata görə, hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir.
***12:18
1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti Daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
***
NOCOMMENT.az -ın Cənub bürosu Həsənov Ağadədə Famil oğlunun meyitinin dənizdən çıxarılması anını əks etdirən görüntüləri əldə edib.
Qeyd edək ki, görüntülər həssasdır. Ürəyi zəif olanlar baxmasın.
***
NOCOMMENT.az -ın Cənub bürosunun məlumatına görə, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun da meyiti tapılıb.
Xəbər hələ ki rəsmi təsdiqlənməyib.












