Kəlbəcərdə qəza: Yolu keçən gənci maşın vurdu

Kəlbəcərdə qəza: Yolu keçən gənci maşın vurdu

Kəlbəcər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, “report”un məlumatına görə, 1995-ci il təvəllüdlü Abbaslı Vüqar Kəmaləddin oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.