Paşinyan: "Ermənistan Avrasiya İqtisadi İttifaqında iştirakda maraqlıdır"

Paşinyan: "Ermənistan Avrasiya İqtisadi İttifaqında iştirakda maraqlıdır"

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya hökumətinin başçısı Mixail Mişustinlə görüşündə ölkəsinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı mövqeyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan Ermənistanın bu qurumda iştirakında maraqlı olduğunu bildirib. "Biz Aİİ-də iştirakımızda maraqlıyıq və istəyirik ki, ittifaqın müqaviləsində nəzərdə tutulan mexanizmlər planlı şəkildə işləsin", – deyə o vurğulayıb.

Ermənistan Baş naziri eyni zamanda son dövrlər erməni-rus münasibətlərində bəzi "problemli məqamların" yarandığını etiraf edib və onların həlli üçün ümidvar olduğunu bildirib.

Öz növbəsində, Mixail Mişustin Ermənistanda iyun ayında keçirilən parlament seçkilərinin nəticələrinə uyğun olaraq formalaşacaq yeni hökumətin iki ölkə arasındakı əlaqələri dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və maraqların nəzərə alınması ruhunda inkişaf etdirəcəyinə ümid etdiyini vurğulayıb.

Əli Səfərli,
NOCOMMENT.az