10:20
Sabirabadda kombayn kanala aşıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydə alınıb.
Kənd sakini 1988-ci il təvəllüdlü (37yaş) Nurlan Zəbulla oğlu Kərimov idarə etdiyi pambıqyığan kombaynla kəndin ərazisindəki “Mil-Muğan” dren-kollektorun üzərindəki körpüdən keçərkən körpünün uçması nəticəsində kombayn kanala aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Foto və video əlavə olunub













