"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətində daha bir yeni təyinat olub.
NOCOMMENT.az-ın məlumatına görə, bu barədə qurumun İdarə Heyətinin sədri Rövşən Rüstəmov əmr imzalayıb.
Əmrə əsasən, Fərid Vidadi oğlu Hüseynov ADY-nin Təchizat və təsərrüfat departamentinin Satınalma şöbəsinin böyük mütəxəssisi vəzifəsindən azad edilərək qurumun Satınalma şöbəsinin qrup rəhbəri postuna təyin edilib.
Qeyd edək ki, F.Hüseynov 2018-ci ildən ADY-də müxtəlif vəzifələrdə çalışır. (Oxu.az)










