Lənkəranda AĞIR QƏZA - Ölən var - FOTOLAR

Lənkəranda AĞIR QƏZA - Ölən var - FOTOLAR

Lənkəranda avtomobil yol kənarında kiçik ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb.

Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Opel Astra" markalı nəqliyyat vasitəsi, idarəetməni itirərək yol kənarında kiçik ticarətlə məşğul olan Lənkəran rayonunun Vilvan kənd sakini 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vuraraq yaxınlıqdakı kanala atıb. Nəqliyyat vasitəsi ağaca çırpılaraq dayanıb. Ətrafdakıların köməyi ilə T.Şərifov kanaldan çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırıblar. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.