Türkiyənin Ankara vilayətində təlim məqsədli helikopterin qəzaya uğraması zamanı ağır xəsarət alan pilot yerləşdirildiyi tibb müəssisəsində həyatını itirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Qeyd olunur ki, tibb işçilərinin bütün müdaxilələrinə rəğmən, istefada olan pilot, polkovnik Yasaözden Bakkalın həyatını xilas etmək mümkün olmayıb.
Hazırda baş vermiş qəzanın dəqiq səbəblərinin araşdırılması istiqamətində işlər davam etdirilir.











