23.12.2025-ci il tarixində saat 18:35 radələrində 1994 -cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən NOCOMMENT.az -a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
***18:53
Gəncə sakini xəsarət alıb.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhərinin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.
Belə ki, sözügedən ərazidə yerləşən mağazaya oğurluq məqsədilə daxil olan, 1994-cü il təvəllüdlü Orman Kulaib tutulduğunu görüb. Bu zaman o, başını divara çırpıb.
Nəticədə kəllə-beyin travması alan 31 yaşlı kişi xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.












