Müəmmalı şəkildə ölən Ayşənin 9 dəqiqəlik SƏS YAZISI üzə çıxdı

Müəmmalı şəkildə ölən Ayşənin 9 dəqiqəlik SƏS YAZISI üzə çıxdı

Türkiyənin Ağrı şəhərində çalışan 25 yaşlı bağça müəllimi İrmak Ayşə Koparanın ölümü ölkədə böyük rezonans doğurub.

NOCOMMENT.az xəbər verir ki, gənc müəllimin məktəb rəhbərliyi tərəfindən sistematik təzyiqə, təhqirə və fiziki zorakılığa məruz qaldığı, daha sonra isə uzaq məktəbə göndərildiyi iddia olunur.

İddialara görə, hadisələr İrmak Ayşə Koparanın məktəb direktoru Melahat İlerinin azyaşlı uşaqlara qarşı zorakılığına etiraz etməsindən sonra başlayıb. Uşaqları qorumağa çalışdığı deyilən müəllim bundan sonra rəhbərliyin hədəfinə çevrilib.

Mərhum müəllimin yaxınlarına göndərdiyi səs yazılarında yaşadığı psixoloji təzyiqi belə təsvir etdiyi bildirilir:

“Məni direktorun otağından qovdular. Məni təhqir edərək ‘sən qaraçısan, sən əskiksən, sənin aşağılıq kompleksin var’ dedi”.

Məlumata görə, İrmak Ayşə Koparan baş verənlərlə bağlı dəfələrlə rəsmi qurumlara müraciət edib, rəhbərliklə görüşlər keçirib və yardım istəyib. Lakin iddialara əsasən, şikayətlərinə baxmayaraq məktəb direktoru qorunub.

Mərhumun bacısı Rabia Bayraklı bacısının uzun müddət təzyiq altında saxlanıldığını bildirərək deyib:

“Bacım zorakılığa məruz qalıb, şikayət edib, amma rəhbərlik direktoru qoruyub. Ona bilərəkdən işgəncə veriblər”.

İddialara görə, gənc müəllim sonradan işlədiyi məktəbdən 80 kilometr uzaqlıqda yerləşən başqa bir təhsil müəssisəsinə göndərilib. O, hər gün həmin məktəbə gedib-gəlmək üçün taksiyə təxminən 3000 TL ödəməli olub. Məhdud maaşla çalışan müəllimin həm maddi, həm də psixoloji baxımdan ağır vəziyyətə düşdüyü qeyd edilir.

Məlumata əsasən, İrmak ölümündən qısa müddət əvvəl WhatsApp yazışmalarında da məruz qaldığı təzyiq və zorakılıq barədə digər müəllimlərə ətraflı məlumat verib.

Bir müddətdir psixoloji çöküş yaşadığı deyilən gənc müəllim dünən evində ölü tapılıb. Hadisə Türkiyədə geniş etiraz və narazılıq doğurub. Sosial şəbəkələrdə müəllimin ölümünün araşdırılması, məsul şəxslərin cəzalandırılması və təhsil sistemindəki zorakılıq iddialarının araşdırılması tələb olunur.

Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.

Sara

NOCOMMENT.az