Naxçıvanda dəm qazından boğularaq ölən Altay hərbçi imiş – FOTOLARI

Naxçıvanda dəm qazından boğularaq ölən Altay hərbçi imiş – FOTOLARI

21.12.2025   17:18

Naxçıvanda ər və arvad dəm qazından boğularaq ölüb.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, hadisə Babək rayonun Hacıvar kəndində qeydə alınıb.

Belə ki, 1996-ci il təvəllüdlü Altay Cəfərov və 1998-ci il təvəllüdlü həyat yoldaşı Səmənnaz Cəfərova dəm qazından boğularaq ölüb.

Faktla bağlı Babək rayonun Prokrorluğunda araşdırma aparılır.

***

NOCOMMENT.az Unikal-a istinadla xəbər verir ki, hadisə nəticəsində həyatını itirən 29 yaşlı Altay Cəfərov hərbçi olub.

Mərhumun həyat yoldaşı, 27 yaşlı Səmənnaz Cəfərova da dünyasını dəyişib.

Onların 2 yaşlı övladı həmin gün nənəsigildə olub.