Naxçıvanda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Əlisahib Həsənli məlumat verib.
O bildirib ki, qəzada hamilə qadın, Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Xanım Müşviq qızı və Şərur rayonu Cəlilkənd sakini, 1981-ci il təvəllüdlü İsayev Yaməddin Şəmsəddin oğlu xəsarət alıblar, vəziyyətləri ağırdır.
Qeyd edək ki, qəza zamanı Qıvraq qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məmmədov Emin Rza oğlu və 1974-cü il təvəllüdlü Məmmədzadə Davud Yaqub oğlu dünyasını dəyişib.
Qeyd edək ki, Emin Məmmədov və Xanım Məmmədova ər-arvaddılar. Eyni zamanda, E.Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırdı.
****
Naxçıvan MR-də iki avtomobilin iştirakı ilə baş vermiş ağır yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, yaralananlar var.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, olay Naxçıvan – Sədərək magistralının Kəngərli rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “NAZ Lifan” markalı avtomobillə “Qazel” markalı avtomobil toqquşub. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.












