Oğuzda ağır qəza: 2 mikroavtobus və minik avtomobili toqquşdu – FOTOLAR

Oğuzda ağır qəza: 2 mikroavtobus və minik avtomobili toqquşdu – FOTOLAR

Oğuzda 2 mikroavtobus və minik avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

NOCOMMENT.az -ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuzun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki-Bakı xətti ilə hərəkət edən “Vito” markalı mikroavtobus, Oğuz-Filfilli marşrutu üzrə hərəkətdə olan digər mikroavtobus və minik avtomobili ilə toqquşub. Qəza zamanı avtomobillərə ciddi xəsarət dəyib.

Mikroavtobuslarda sərnişin olsa da xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.