Polis əməkdaşı Bakıda vətəndaşın həyatını BELƏ XİLAS ETDİ - VİDEO

Polis əməkdaşı Bakıda vətəndaşın həyatını BELƏ XİLAS ETDİ - VİDEO

Bakıda yanacaqdoldurma məntəqələrindən birində dramatik və eyni zamanda qürurverici anlar yaşanıb.

Badamdar qəsəbəsində yerləşən YDM-ə yanacaq doldurmaq üçün daxil olan sürücünün səhhəti qəfil pisləşib.

NOCOMMENT.az xəbər verir ki, avtomobilindən düşərək sifariş verdikdən dərhal sonra qəfil qıcolma keçirən vətəndaş müvazinətini itirərək arxası üstə yerə yıxılıb. Ətrafdakıların çaşqınlıq içində olduğu həmin kritik saniyələrdə hadisə yerində olan polis əməkdaşı dərhal hərəkətə keçib.

Həmin vaxt təsadüfən yaxınlıqda öz avtomobilinə yanacaq dolduran Sumqayıt Şəhər Baş Polis İdarəsinin əməkdaşı Ruslan Mehdiyev vəziyyəti anında qiymətləndirərək operativ şəkildə hadisəyə müdaxilə edib. Peşəkar polis əməkdaşı soyuqqanlılığını qoruyaraq vətəndaşa ilkin tibbi yardım göstərib, onun dilinin qatlanmasının və boğulmasının qarşısını alıb. Polis nəfərinin çevik reaksiyası sayəsində vətəndaşın vəziyyəti stabilləşib və o, yenidən özünə gəlib.

Təhlükəsizlik kameralarına düşən videogörüntülərdən də aydın görünür ki, polisin vaxtında və düzgün müdaxiləsi olmasaydı, hadisə daha ağır və faciəvi nəticələrə səbəb ola bilərdi.

Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. Bu cür fədakar addımlar polis-vətəndaş münasibətlərindəki etimadın, qarşılıqlı dəstəyin və asayiş keşikçilərinin hər bir şəraitdə vətəndaşın yanında olmasının növbəti bariz nümunəsidir.

Həmin kadrları təqdim edirik:


Şərhlər