Prezidentdən Mövlud Süleymanlı ilə bağlı göstəriş

Prezidentdən Mövlud Süleymanlı ilə bağlı göstəriş

Xalq yazıçısı, əməkdar incəsənət xadimi Mövlud Süleymanlı bir həftədən çoxdur xəstəxanaya yerləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kult.az-a yazıçının qohumları məlumat verib.

Bildirib ki, M.Süleymanlının beyninə qan sızıb:

“Hələ də koma vəziyyətindədir. Vəziyyəti orta-ağır qiymətləndirilir. Prezident İlham Əliyevin göstərişi ilə onun müalicə xərcləri dövlət tərəfindən qarşılanır”.