Qadın işlədiyi salonda qəfil həyatını itirdi

Qadın işlədiyi salonda qəfil həyatını itirdi

Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.

Belə ki, rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova çalışdığı gözəllik salonunda qəfil dünyasını dəyişib.

İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.