Qalmaqallı şirkət Gömrük Hospitalının tenderini uddu

Qalmaqallı şirkət Gömrük Hospitalının tenderini uddu

Azərbaycan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ümumi tibbi sərfəli materialların satın alınması ilə bağlı tender keçirib.

NOCOMMENT.az xəbər verir ki, tenderin qalibi “PAŞA-K” MMC-dir.

Buna görə şirkətə 1 milyon 400 min manat ödəniləcək.

Qeyd edək ki, “PAŞA-K” MMC-nin nizamnamə kapitalı isə 2 manat təşkil edir. Şirkətin dövlətə 188 min 726,5 manat vergi borcu var. Müəssisənin qanuni təmsilçisi Elxan Rzayevdir.

Məlumat üçün deyək ki, "PAŞA-K" firmasına gömrük qaydalarını pozduğuna görə, müxtəlif dövrlərdə cərimələr tətbiq edilib. Bundan başqa, “PAŞA-K” şirkəti son dövrlərdə mətbuatda keçmiş əməkdaşların şikayətləri və müxtəlif iddialarla bağlı gündəmə gəlib. Firma 20 ildir ki, əczaçılıq mallarının topdan və pərakəndə satışı ilə məşğuldur. Plat.az