20.12.2025-ci il tarixində saat 02:30 radələrində Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən NOCOMMENT.az -a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, ona dəqiqləşməmiş kəllə-beyin travması diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 2001-ci il təvvəlüdlü şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
***09:16
Qazaxda qəza olub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görəz hadisə rayonun Dəmirçilər kəndində baş verib.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Ağır qəza zamanı 2001-ci il təvəllüdlü Nicat Alıyev hadisə yerində ölüb.1996–cı il təvəllüdlü Mustafa Vələdov xəsarət alıb.Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.












