Qəza 3 kəndi işıqsız qoydu

Qəza 3 kəndi işıqsız qoydu

Cəlilabadda avtomobil işıq dirəklərinı sıradan çıxarıb.

NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Muğan kəndində baş verib.

Kənd sakini Nurəli Niftullayev idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarındakı işıq dirəyini aşırıb. Qəza nəticəsində Muğan, Maşlıq və Söyüdlü kəndləri işıqsız qalıb.

Əraziyə aidiyyəti qurumun əməkdaşları hadisə yerinə gələrək işıq dirəyini yenisi ilə əvəz ediblər və kəndə elektrik enerjisinin verilməsi bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.

Sara