Qəzada yaralananların son vəziyyəti – TƏBİB-dən AÇIQLAMA

Qəzada yaralananların son vəziyyəti – TƏBİB-dən AÇIQLAMA

19.10.2025-ci il tarixində saat 11:00 radələrində Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub.

NOCOMMENT.az bildirir ki, bu barədə TƏBİB-dən açıqlama verilib.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin olunub.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2002-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 4 nəfərdən 1972-ci il təvəllüdlü şəxsin vəziyyəti ağır olaraq qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Digər 3 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.