Qubada azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Qudyal çayının Quba rayonunun Qəçrəş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2015-ci il təvəllüdlü Xəyyam Tərlan oğlu Məmmədov çayda çimərkən boğularaq həyatını itirib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır. Unikal.az












