Saatlıda ər və arvad faciəvi şəkildə öldü

Saatlıda ər və arvad faciəvi şəkildə öldü

Saatlı rayonunda faciəvi hadisə baş verib.

NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, dekabrın 23-ü saat 18 radələrində rayonun Qara Nuru kəndində yaşayan 1933-cü il təvəllüdlü İbrahim İsmayılov və onun həyat yoldaşı, 1936-cı il təvəllüdlü Pəri İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək vəfat ediblər.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.