Aylar sonra ilk dəfə Xameneinin dəfnində görüntüləndi

Aylar sonra ilk dəfə Xameneinin dəfnində görüntüləndi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, briqada generalı Əhməd Vahidi uzun müddətdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

NOCOMMENT.az xəbər verir ki, general Vahidi İranın ali lideri Əli Xameneinin dəfn mərasiminin ikinci günündə görüntülənib. O, mərhumun cənazəsi başında dua edərkən müşahidə olunub.

Qeyd edək ki, bu, Vahidinin son aylarda ikinci ictimai çıxışıdır. O, bu vəzifəyə müharibənin ilk günündə ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan sələfi Məhəmməd Pakpurun ölümündən sonra gətirilib.

Əli Səfərli,

NOCOMMENT.az