Fransa Prezidenti Emmanuel Makron Suriyaya rəsmi səfər edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyasının Media İdarəsi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Prezident Əhməd əl-Şaraa ilə ikitərəfli münasibətlərin inkişafı, eləcə də, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Ətraflı
Qeyd edilib ki, Makronu səfərdə Fransa şirkətlərinin nümayəndələri və investorlardan ibarət nümayəndə heyəti müşayiət edəcək.
Səfər proqramına əsasən, Makron və Əhməd əl-Şaraa nümayəndə heyətlərinin iştirakı ilə dəyirmi masa formatında görüş keçirəcəklər. Danışıqlarda regional və beynəlxalq gündəlik, eləcə də, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə ediləcək
Qeyd edək ki, Əhməd əl-Şaraa ötən il Emmanuel Makronun dəvəti ilə Fransaya səfər etmiş, Parisdə keçirilən görüşdə tərəflər Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət, ölkənin bərpasına dəstək və ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmişdilər.











