Samuxda oğul 84 yaşlı atasını baltaladı

Samuxda oğul 84 yaşlı atasını baltaladı

Samuxda oğul atasına balta ilə xəsarət yetirib.

NOCOMMENT.azın məlumatına görə, hadisə gecə saatlarında rayonun İnstitut qəsəbəsində baş verib. Qəsəbə sakini, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A.Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarət yetirib.

Xəsarət alan yaşlı kişi xəstəxanaya yerləşdirilib. A.Zeynalovun vəziyyəti orta-ağır olduğu bildirilir.

Hadisəni törədən Ş.Zeynalov Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Araşdırmalar aparılır.\\“Unikal”