Səhiyyə Nazirliyi "Vital Hospital"dakı qalmaqala bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi "Vital Hospital"dakı qalmaqala bağlı məlumat yaydı

Xəbər verildiyi kimi "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib. Bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.

Paylaşımlarda zərərçəkən şəxs iddia edib ki, heç bir müalicəsinə, müayinəsinə baxmayaraq, körpəsi ölü doğulub və onun meyiti morqa qoyulmayıb, zirzəmiyə atılıb.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə Nazirliyi məsələyə münasibət bildirib.

Qeyd olunub ki, sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir.

Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı məlumat ilk olaraq Oxu.az-da dərc olunub.