Şəmkirdə 57 yaşlı kişini ildırım vuraraq öldürüb

Şəmkirdə 57 yaşlı kişini ildırım vuraraq öldürüb

Şəmkirdə 57 yaşlı kişini ildırım vuraraq öldürüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Faiq Bağırovu çöl sahədə heyvan otararkən ildırım vurub. O hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.