Şəmkirdə yanğın olub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.
Belə ki, kənd ərazisində fəaliyyət göstərən yanacaq doldurma məntəqəsində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb, yanacaq doldurma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.













