13:35
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
NOCOMMENT.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Xəsarət alan yoxdur.
***13:09
Bakı-Sumqayıt yolunda avtobus alışıb.
NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, hadisə Saray postunun yaxınlığında baş verib.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, 9 nömrəli avtobus Saray postunun yanında yanmağa başlayıb.
Hadisənin təfərrüatı açıqlanmayıb.
Video əlavə olunub












