Cansız cisimlərdə gizlənən üzlər – Pareidoliya nədir?

Cansız cisimlərdə gizlənən üzlər – Pareidoliya nədir?

Cansız əşyalarda insan üzü görmək bir çoxumuzun fərqinə varmadan yaşadığı maraqlı hadisələrdəndir. Psixologiyada pareidoliya adlandırılan bu fenomen zamanı insan beyni cansız obyektlərdə tanış obrazlar, xüsusilə də üz cizgiləri görür. Rəssam Keit Larsen isə bu xüsusiyyəti öz əsərlərində fərqli formada əks etdirir.

NOCOMMENT.az xəbər verir ki, pareidoliya insanın mövcud olmayan bir obyekti, formanı və ya mənanı tanış bir görüntü kimi qavramasıdır.

Bu fenomenə buludlarda müxtəlif fiqurlar görmək, cansız əşyalarda insan üzlərini ayırd etmək və ya musiqi dinləyərkən əslində səslənməyən sözləri eşitmək kimi hallar nümunə göstərilə bilər.

Cansız cisimlərdə insan üzlərini görmək hər kəsdə eyni dərəcədə müşahidə olunmur. Bu xüsusiyyət müəyyən qədər yaradıcılıq və təxəyyüllə də əlaqələndirilir. Rəssam Keit Larsen isə cansız obyektlərdə fərqli obrazlar görmək və onları yaradıcılıqla təsvir etmək bacarığı ilə seçilir. O, bu xüsusiyyəti rəsm qabiliyyəti ilə birləşdirərək maraqlı və əyləncəli əsərlər ortaya çıxarır.

Larsen bu rəsmləri insanlara cansız cisimlərdə gördükləri üzləri daha aydın şəkildə göstərmək məqsədilə çəkməyə başlayıb. Onun gördüyü bəzi üzlər isə olduqca maraqlıdır.\\sfer.az