Sumqayıtda mənzildən 37 yaşlı kişinin meyiti tapılıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Səbuhi Salam oğlu Şirinovun meyiti yaşadığı mənzildə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.












